Bakıda sərnişin avtobusu qəzaya düşdü: yaralanan var
Bizi izləyin

Hadisə

Bakıda sərnişin avtobusu qəzaya düşdü: yaralanan var

Bakı-Ələt-Qazax magistralında baş verən ağır yol qəzası nəticəsində xəsarət alan 1988-ci il təvəllüdlü Elvin Mürşüdov təcili tibbi yardım avtomobili ilə Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib.

Bu barədə Publika.az-a KTM-in İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu məlumat verib.

Onun sözlərinə görə, xəsərət alan şəxsin vəziyyəti çox ağırdır: “Elvin Mürşüdov ağır kəllə-beyin travması diaqnozu ilə mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti kəskin ağırdır, əməliyyata götürülmə ehtimalı yüksəkdir”.

xxx

10:54

Bu gün saat 08:20-də Bakı-Ələt-Qazax magistralında (yanacaqdoldurma məntəqəsinin yaxınlığında) 164 nömrəli marşrut üzrə (99-XZ-173 DQN-li) avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi olub.

Publika.az bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Daşıyıcı “BMH” MMC-dən verilən məlumata görə, qəza minik maşınının yanacaqdoldurma məntəqəsindən əsas yola çıxan zaman avtobusu gözləməməsi səbəbindən baş verib.

Hadisə zamanı avtobusdakı sərnişinlər arasında xəsarət alan olmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm