Hadisə
Keçmiş sevgilisinin beynini, ürəyini və ağciyərlərini yedi - ŞOK /VİDEO
ABŞ-ın Nevada ştatında keçmiş sevgilisinin meyitini parçalara ayırıb beynini, ürəyini və ciyərlərini yeyən şəxs həbs olunub.
Publika.az xəbər verir ki, bu barədə “Courier Journal” məlumat yayıb.
2014-cü il sentyabrın 11-nə keçən gecə Tammi Co Blanton polisə zəng edərək keçmiş sevgilisi Cozef Oberhenslinin onun evinə soxulmağa çalışdığını və artıq qapını təpiklədiyini bildirib. Hadisə yerinə gələn polislər kişini qovsalar da, həbs etməyiblər.
Səhəri gün səhər qadın işə gəlmədiyi üçün iş yoldaşları narahat olmağa başlayıb. Polis kişinin evində axtarış zamanı Oberhenslinin cibində qanlı bıçaq olduğunu görüb. Qadının qalıqları isə hamamda tapılıb. Yalnız bundan sonra həmin şəxs həbs edilib. Həmin gün o, mərhumun beyninin, ürəyinin və ağ ciyərinin bir hissəsini yediyini bildirib.
Daha sonra o, ilk ifadəsini qeyri-adekvat vəziyyətdə verdiyini bildirib. Onun sözlərinə görə, əslində o, evdə Blantonu öldürən iki kişi tapıb. İddialara görə, cinayətkarlar onu vurublar, bundan sonra o, huşunu itirib.
Klark əyalətinin prokuroru Ceremi Mull onu gecə baş verənlərlə bağlı sorğu-sual etdikdə, Oberhensli bu hekayəni irəli sürməyə davam edib. Kişi Blantonun ölümündən sonra bəzi orqanları kimin yediyini bilmədiyini iddia edib. Kişinin vəkili bildirib ki, müvəkkilinin hekayəsi inandırıcıdır, prokuror isə müvəkkilinin törətdiyi qətli sübuta yetirməyib.
Blantonun qətli üzrə məhkəmə prosesi 2016-cı ilə təyin edilib, lakin müdafiəyə hazırlaşmaq üçün daha çox vaxt vermək üçün dəfələrlə təxirə salınıb. Məhkəmə prosesi yenidən başlamazdan əvvəl Oberhensli psixiatriya klinikasında müalicə olunub. Sonda məhkəmə Oberhenslini qətl və soyğunçuluqda təqsirli bilib, lakin zorlamada təqsirli olmadığı üzə çıxıb. Onu ömürlük həbs gözləyir.
Bundan başqa qeyd olunub ki, Oberhensli keçmişdə bir qızı öldürüb, anasını güllələyib və intihar etmək istəyib, lakin sağ qalıb. Güllə beynində qalıb, özü isə 12 il həbsdə yatıb.
-
Region02:18ABŞ hücum etdi, İranda bir gündə 35 nəfər öldü
-
Qoroskop01:40Günün ulduz falı: Kompromisə getmək xeyrinizə olacaq
-
ABŞ15 İyul 23:55ABŞ İrana qarşı növbəti zərbələr dalğasına başladı
-
Magazin115 İyul 21:00Azərbaycanlı aktrisa ana oldu
-
Ekopublika.az15 İyul 20:24Azərbaycan neftinin ən iri idxalçıları - Siyahı
-
Hadisə15 İyul 20:12Nəzarətsiz ərazidə 22 yaşlı gənc batdı
-
Kriminal15 İyul 19:20Dəhşətli qətldə təqsirləndirilənin həyat yoldaşı məhkəmədə nəyi etiraf etdi?
-
Dünya15 İyul 17:30Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi





































