Lənkəranda intihara cəhdin qarşısı alındı
Bizi izləyin

Hadisə

Lənkəranda intihara cəhdin qarşısı alındı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Lənkəran rayonunun Sütəmurdov kəndində 1 nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Nazirlikdən Publika.az-a bildirilib ki, FHN-nin Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm