Hadisə
ANAMA vətəndaşlara müraciət etdi
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərə səfər edən vətəndaşlara xəbərdarlıq edib.
ANAMA-nın mətbuat xidmətindən Publika.az-a bildirilib ki, sentyabrın 30-da Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Dilağarda kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə tank-əleyhinə mina partlayıb. Təhlükəli əraziyə qeyri-qanuni yolla daxil olan 1986-cı il təvəllüdlü Əsədov Amid Fətullah oğlu və 2007-ci il təvəllüdlü Quluzadə Çərkəz Bahadur oğlu həlak olub.
Xəstəxanaya çatdırılan 1973-cü il təvəllüdlü Quliyev Bahadur Məhi oğlunun vəziyyəti isə qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.
ANAMA bir daha xəbərdarlıq edir ki, işğaldan azad edilmiş ərazilərdə müharibənin partlayıcı qalıqlarının təhlükəsi qalmaqdadır. Agentlik işğaldan azad edilmiş ərazilərə səfər edən, eləcə də bu ərazilərdə fəaliyyət göstərən vətəndaşlara diqqətli olmağı, bələd olmadıqları təhlükəli ərazilərə icazəsiz yollarla daxil olmamağı tövsiyə edir.
-
Magazin106:46Xoşqədəm Hidayətqızı kafedə gözlənilməz vəziyyətlə üzləşdi: "Biabırçılıqdır"
-
ABŞ05:45Tramp Ukrayna ilə bağlı mühüm qərar verməyə hazırlaşır? - Kuşner açıqladı
-
Dünya04:30Ölüm saçan pullar peyda oldu: toxunanlar zəhərlənir
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB22 Noyabr 15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin222 Noyabr 15:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
































