İki avtomobil toqquşdu, bir ailənin altı üzvü xəsarət aldı
Bizi izləyin

Hadisə

İki avtomobil toqquşdu, bir ailənin altı üzvü xəsarət aldı

İki avtomobil toqquşdu, bir ailənin altı üzvü xəsarət aldı

Xaçmaz rayonu ərazisində yeddi nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Publika.az "Report"a istinadən xəbər verir ki, hadisə Xaçmaz-Quba avtomobil yolunun Armudpadar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "QAZ-3110" və "VAZ-21099" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində "VAZ-21099"un sürücüsü və altı sərnişini xəsarət alıb.

Yaralıların Xaçmaz rayonunun Əbilyataq kənd sakinləri, bir ailənin üzvləri - ata, ana və onların dörd azyaşlı qız övladı olduğu bildirilir. Onlar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Azyaşlılardan birinin vəziyyəti ağır qiymətləndirilir, faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm