Hadisə
28 yaşlı gənci qətlə yetirən yeniyetmələr tutuldu
Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Suraxanı rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlərlə” açılması təmin edilib.
Publika.az bildirir ki, Baş Prokurorluqdan verilən məlumata görə, oktyabrın 09-u saat 20 radələrində Sabunçu rayonu, Hövsan qəsəbəsi ərazisində 1994-cü il təvəllüdlü Çərkəz Ələskərovun üzərində çoxsaylı xəsarət izləri olan meyiti aşkar edilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə həyata keçirilmiş intensiv istintaq və əməliyyat axtarış tədbirləri ilə qeyd edilən cinayət əməlinin 2006-cı il təvəllüdlü Aleksandr Serebrennikov və Elman Mənsumov tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Aleksandr Serebrennikov və Elman Mənsumov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam edir.
-
İdman16 Oktyabr 22:32Ronaldo MLS-ə gedə bilər - “İnter Mayami”də baş məşqçi olacaq?
-
Rəsmi xronika16 Oktyabr 20:12İlham Əliyev: “Bizim öz yolumuz var” - Video
-
Nida Xəbər 16 Oktyabr 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi
-
Ekopublika.az16 Oktyabr 18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
-
Rəsmi xronika16 Oktyabr 17:08İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 16 Oktyabr 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB16 Oktyabr 13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region16 Oktyabr 12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi



















.jpg)



















