Hadisə
Avtomobilində külli miqdarda narkotik daşıyan şəxs SAXLANILDI
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən sərxoş vəziyyətdə, nömrəsiz avtomobil idarə edən və avtomobilin yük yerində külli miqdarda narkotik vasitə daşıyan sürücü aşkarlanaraq saxlanılıb.
Publika.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin 729 saylı Sabirabad postunda xidmət aparan əməkdaşları Vüqar Qasımov və Xəyal Ələkbərov nömrəsiz şəkildə "VAZ-21015" markalı avtomobil idarə edən 1976-cı il təvəllüdlü Zəfər Haqverdi oğlu Səfərovu saxlayıblar.
Sürücünün sürücülük vəsiqəsi və avtomobilə dair etibarnaməsi olmadığından posta dəvət olunub. Sürücünün spirtli içki qəbul etməsinə əsaslı şübhələr yarandığından o, alkotestr vasitəsilə yoxlanılıb və bu zaman onun sərxoş olması müəyyən edilib. Sürücü özünü şübhəli apardığından avtomobilə baxış keçirilib və bu zaman avtomobilin yük yerində külli miqdarda narkotik vasitə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi