Hadisə
İnsanların sağlamlığı üçün təhlükə yaradan obyekt bağlandı - FOTO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, 40 ünvanında fərdi sahibkar Əhədov Ramil Fərəməz oğlu tərəfindən müvafiq təhlükəsizlik tələblərinə cavab vermədən, insan həyatı və sağlamlığı üçün təhlükə yaradaraq metal əşyaların istehsalının həyata keçirilməsi barədə müraciət daxil olub.
Bu barədə Publika.az-a FHN-nin mətbuat xidmətindən məlumat verilib.
Müraciətlə əlaqədar dərhal Agentliyin müfəttişləri tərəfindən həmin ünvana baxış keçirilib. Baxış zamanı istehsal sahəsində təhlükəsizlik qaydalarının bir sıra tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib.
Belə ki, qaz təsərrüfatında mühafizə zonaları və təhlükəsizlik tədbirlərinin pozulduğu, əritmə sobasının ventilyasiya sisteminin olmadığı, sobadan ayrılan qaz və tüstünün açıq havaya buraxıldığı, əritmə sahəsində çalışan işçilərin texniki təhlükəsizlik üzrə təlimatlandırılmasının aparılmadığı müəyyən edilib. Aşkar olunan nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı və insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, obyektin fəaliyyəti dayandırılıb.
Bununla yanaşı, agentliyin müfəttişləri tərəfindən qeyd olunanlarla əlaqədar obyektin rəhbərliyi və işçiləri ilə profilaktik söhbət aparılıb, aşkarlanmış texniki təhlükəsizliklə bağlı pozuntuların aradan qaldırılması üçün müvafiq tövsiyələr verilib.
Aparılmış yoxlamanın nəticələrinə dair tərtib olunmuş akt pozuntuların aradan qaldırılması üçün sex rəhbərliyinə təqdim edilib.
-
Kriminal09:00
Paytaxtda QANLI GECƏ: ailə üzvləri yaşadıqları evdə bıçaqlandılar - YENİLƏNDİ
-
İKT08:36
"Telegram"dan möhtəşəm YENİLİK: onu sata da bilərsiniz
-
Magazin106:46
Gülay Naziləyə 1000 manat verdi - VİDEO
-
İdman05:45
Neymar bu adanı alır: görün nələr var - FOTOLAR
-
Hadisə03:23
Lənkərandan ACI XƏBƏR: ölən və xəsarət alanlar var - FOTO
-
Magazin202:12
“Miss Russia 2024” müsabiqəsinin qalibi bəlli oldu
-
İKT01:21
"YouTube"a yeni RƏQİB GƏLİR: müsabiqə elan edildi
-
Region00:30
Türkiyədə silahlı qadın doğum evinin həkimlərini GİROV GÖTÜRDÜ