Hadisə
Bakıda binaların həyətlərindəki süni maneələr sökülür - FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yanğınsöndürən, habelə digər qəza-xilasetmə texnikalarının hərəkətinə süni maneələr törədən faktların aşkar edilib aradan qaldırılması üçün reydlər keçirib.
Bu barədə Publika.az-a FHN-dən məlumat verilib.
Belə ki, Xidmət əməkdaşlarının paytaxtın Xətai rayonunda keçirdikləri reydlər zamanı binaların yaxınlığında müxtəlif ölçülü dirəklərin basdırılması, daş, beton parçaları və başqa vasitələrlə yolların hərəkət hissələrinin tutulması faktları aşkar edilib. Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində həmin maneələr demontaj olunub, sakinlərlə maarifləndirici söhbətlər aparılıb.
Reyd zamanı DYNX-nin məsul əməkdaşları vətəndaşlara fərdi və ictimai təhlükəsizliyə xüsusi həssaslıqla yanaşaraq baş verə biləcək istənilən fövqəladə hadisə zamanı qəza-xilasetmə bölmələrinin operativ və effektli fəaliyyətinə maneə yarada biləcək addımlardan çəkinməyi tövsiyə edib və xatırladıb ki, Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliyə əsasən, bina və qurğulara, yanğınların söndürülməsi üçün istifadə edilən su mənbələrinə sərbəst yanaşmaq üçün gedən yolların, keçidlərin və girişlərin tutulması qəti yolverilməz olmaqla hüquqi məsuliyyət yaradır.




-
Qoroskop00:39
Bürclər bu gün nə vəd edir? - "Maaşınızın artırılması üçün real addımlar atın"
-
Region23 Mart 21:17
Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanacaq - Nikol Paşinyan
-
Nida Xəbər 23 Mart 20:41
Leyla Əliyevadan Ramazan ayı ilə bağlı paylaşım - FOTO
-
MDB23 Mart 19:41
Medvedev nüvə ilə hədələdi: Putin həbs olunsa...
-
Pul23 Mart 19:09
Dolları nə gözləyir? - EKSPERT RƏYİ
-
Avropa23 Mart 18:53
"Budapeşt Putini həbs edə bilməyəcək" - Aparat rəhbəri
-
Qadın23 Mart 18:18
Bu, qadınlarda sonsuzluq riskini 40% artırır
-
MDB23 Mart 18:08
Putin yeni sərəncam imzaladı