Bakıda qəza: xəsarət alan var
Bizi izləyin

Hadisə

Bakıda qəza: xəsarət alan var

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Qəza Babək prospektində qeydə alınıb.

Publika.az xəbər verir ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin yaydığı məlumata görə, bu gün saat 17:49 radələrində Xətai rayonu, Babək prospekti, Maşın bazarı ərazisindən avtomobilin aşması səbəbilə çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan 1 nəfər şəxs (kişi cinsli) diz oynağının əzilməsi diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm