Hadisə
Dəhşətli qəzada ölən bir ailənin 4 üzvü - FOTO/VİDEO

Fevralın 2-də Bərdədə baş verən və 5 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəzanın bəzi təfərrüatları məlum olub.
Publika.az xəbər verir ki, qəzada ölən 5 nəfərdən 4-ü bir ailənin üzvləridir.
Bunlar Bərdə rayonu Qarağacı kənd sakinləri Baxşəliyev Məhərrəm Nüsrət oğlu, onun həyat yoldaşı Kərəmova Xalidə İsa qızı, qızları Baxşəliyeva Məfdunə Məhərrəm qızı və oğulları Baxşəliyev İlkin Məhərrəm oğludur.
Qəza zamanı xəsarət alan ailənin kiçik övladı Fəridə Baxşəliyeva isə xəstəxanaya yerləşdirilib.
Baxşəliyev İlkin Daxili Qoşunların hərbçisi olmaqla yanaşı, Vətən müharibəsinin iştirakçısı olub. O, döyüşlərdə iştirakına görə “Cəbrayılın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Qəzada həlak olan Ceyhun Quliyev də Vətən müharibəsi iştirakçısıdır. Rayonun Birinci Qaradəmirçi kənd sakini ANAMA əməkdaşı olub. O isə “Qubadlının azad olunmasına görə” medalına layiq görülüb. (“Qafqazinfo”)




-
Hadisə09:52
Yevlaxda qəza: Avtobusun vurduğu qadınlardan biri öldü, digəri isə...
-
ABŞ07:23
ABŞ banan ölkəsi səviyyəsinə enib - Tramp
-
Ekologiya07:00
Bu gün Bakıda hava necə olacaq?
-
Magazin206:40
Şakiradan ayrılan futbolçu: "Çox xoşbəxtəm"
-
Qoroskop00:07
Bürclər bu gün nə vəd edir? - Hər şey göründüyü kimi deyil!
-
Qarabağ 25 Mart 23:18
Səssiz əməliyyat: Ordumuz bu əraziləri azad etdi
-
Hadisə25 Mart 22:05
Ermənilər İsveç - Azərbaycan oyununda təxribatlara hazırlaşırlar
-
Region25 Mart 21:45
AEBA-nın rəhbəri: "Nüvə riskinin azaldılması üçün..."