Hadisə
Polis Göygöldə reyd keçirdi: bu şəxslər cərimələndi - FOTO

Göygöldə turizm zonalarını çirkləndirənlər cərimələnib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Publika.az-a verilən məlumata görə, Göygöl rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xüsusilə turizm zonalarının ərazilərində məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.
Sonuncu belə monitorinq zamanı rayon ərazisində fəaliyyət göstərən 5 iaşə obyektinin ərazisində məişət tullantılarının qalaqlanması və təyin olunmayan yerdə toplanması faktları aşkar olunub. Ərazi təmizəndikdən sonra obyektlərin icarədarları ilə profilaktiki söhbət aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (İstehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması) maddəsi ilə protokol tərtib olunaraq məsuliyyətə cəlb olunub.
Bundan başqa, polis əməkdaşları qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə də şəhər ərazisində reyd keçirib. Keçirilən tədbirlər zamanı xüsusilə də səkilərdə piyadaların hərəkətini çətinləşdirən, natəmizlik yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıb.
Polis əməkdaşları həmin şəxslərlə maarifləndirici söhbətlər aparıb və yalnız müəyyən edilən yerlərdə bu fəaliyyətlə məşğul olmalarının vacibliyini onların diqqətinə çatdırıblar. Monitorinq zamanı qanunsuz küçə ticarəti ilə məşğul olan 21 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 454-cü (Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin görülməsinə görə) maddəsi ilə protokol tərtib olunub.
Ümumilikdə keçirilən tədbirlər nəticəsində 40 nəfər barəsində inzibati tədbir görülüb.






-
Magazin105:45
Günel Tatlıseslə yenidən bir arada - FOTO
-
Avropa02:12
İranın PUA-ları ilə Kiyevə HÜCUM EDİLDİ
-
İdman00:45
Azərbaycan millisi İsveçə də böyük hesabla məğlub oldu - YENİLƏNDİ
-
Qoroskop00:30
Günün ULDUZ FALI: sizə ciddi zərbə vura bilərlər
-
Magazin100:15
Təranə Qumral fotosu ilə gündəm oldu - FOTO
-
ABŞ27 Mart 23:31
ABŞ-da məktəbə SİLAHLI HÜCUM: yeniyetmə qız tüfənglə 6 nəfəri öldürdü
-
Magazin127 Mart 21:36
Emin Ağalarov xanımı və qızı ilə bir arada - FOTO
-
Sosial27 Mart 20:41
Azərbaycanda iş adamının ölkədən çıxışına QADAĞA QOYULDU