Sumqayıtda xəstə baş həkimi döydü
Bizi izləyin

Hadisə

Sumqayıtda xəstə baş həkimi döydü

Sumqayıtda xəstəxanada insident baş verib.

Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Sumqayıt Psixiatrik Xəstəxanasında qeydə alınıb.

Tibb müəssisəsində müalicə alan xəstələrdən biri baş həkim Elzivar Bəbirovun kabinetinə daxil olaraq ona hücum edib. O, baş həkimə zərbələr endirərək onu döyüb.

E.Bəbirov üzləşdiyi hadisə barədə polisə müraciət edib.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm