Hadisə
İrandan Azərbaycana narkotik gətirən şəxs saxlanıldı - FOTO
![](https://publika.az/storage/2023/05/26/1468841.jpg?v1722040779)
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının İran İslam Respublikası ilə sərhədyanı ərazidə keçirdikləri əməliyyat tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik tərkibli vasitələr və həblərin qanunsuz dövriyyədən çıxarılması təmin edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Publika.az-a bildirilib ki, polis əməkdaşlarının rayonun Əhmədli kəndi ərazisində keçirdikləri əməliyyat zamanı rayon sakini Kənan Muradlı saxlanılıb.
Ondan ümumilikdə, 8 kiloqramdan artiq heroin ve tiryək, eləcə də, ümumilikdə, 150 ədəd güclü təsiredici xassəyə malik metadon və tramadol həbləri aşkar edilərək götürülüb.
İlkin dindirilmə zamanı K.Muradlı ondan aşkarlanmış narkotik vasitələri "Baba" şərti adlı İran sakininin vasitəsi ilə sərhadyanı bölgədə yerləşən Beyləqan rayonunun Əhmədli kəndində gizlədildiyi və oradan götürərək satıb pul qazanmaq məqsədi ilə əldə etdiyini deyib.
Faktla bağlı cinayət işi başlanılıb, K.Məmmədli barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
![](https://publika.az/storage/2023/05/26/1468841_0.jpg)
![](https://publika.az/storage/2023/05/26/1468841_1.jpg)
![](https://publika.az/storage/2023/05/26/1468841_2.jpg)
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
İdman03:19
Ailəsi ilə istirahət edir: məkanı gizli saxlayır - FOTOLAR
-
Sağlamlıq02:18
Bu tərəvəz kişiləri prostat xərçəngindən qoruyur - Uroloqdan tövsiyə
-
Magazin101:48
Ebru Gündeşdən boşanma iddialarına CAVAB - FOTO
-
İdman01:20
Məşq edərkən maşın vurdu: Paris-2024-ü buraxacaq
-
Qoroskop00:42
Günün qoroskopu: gəlirləriniz arta bilər
-
Nida Xəbər 00:27
Sərdar Cəlaloğlu namizədliyini geri götürdü - Səbəbini belə izah etdi
-
Magazin100:12
"Ərim deyir ki, üçüncü uşaq olmasa, səni boşayacam" - Sevda Yahyayeva
-
İdman26 İyul 22:00
Azərbaycan nümayəndə heyəti paraddan keçdi - VİDEO