Hadisə
Göyçayda güclü külək: Ölənlər var - YENİLƏNDİ

Göyçay rayonunda güclü külək və qasırğa 2 nəfərin ölümünə səbəb olub, yaralananlar var.
Publika.az Report-a istinadən xəbər verir ki, onlardan biri avtomobildə olan zaman üzərinə ağac aşıb, digəri isə evin uçması nəticəsində dünyasını dəyişib.
Bundan əlavə, Mırtı və Qarabaqqal kəndlərində yaralananların olduğu bildirilir.
X X X
20:22
Göyçayda təbii fəlakət nəticəsində iki nəfərin həyatını itirməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib.
“Avtomobilin üzərinə ağac düşməsi nəticəsində ölən şəxs kimi təqdim edilən rayon sakini, 1959-cu il təvəllüdlü F.Abdullayev ürəktutmadan dünyasını dəyişib. Rayonun Mırtı kənd sakini olan bir nəfər üzərinə ağac budağı aşması, Qabaqqal kəndində bir nəfər isə evin uçması nəticəsində xəsarət alıblar”, - polis kapitanı qeyd edib.

-
Nida Xəbər 17:28
Qarabağda bütün mənzərə bir gündə dəyişdi - Yaşar Gülər
-
Qarabağ 16:56
Ermənilərin tərk etdiyi döyüş mövqeyinin görüntüləri - Video
-
Nida Xəbər 16:42
“Yaralı erməni əsgərlərinə tibbi yardım göstərməyə hazırıq” - Hikmət Hacıyev
-
Nida Təhlil 16:16
Bu görüş erməniləri zərərli ideologiyadan xilas edəcək - ŞƏRH
-
Qarabağ 15:41
Hərbçilərimiz separatçılarla üz-üzə gəldi: "Təslim olun, sizi öldürən deyilik" - VİDEO
-
Qarabağ 15:18
Ermənilər Ağdamda silah-sursatı ataraq qaçdılar - MN
-
Dünya14:41
Köçəryanın beyni silkələndi - VİDEO
-
Qarabağ 14:06
Şəhid xəbəri yayılan XTQ zabitinin tapılma anı - VİDEO