Hadisə
Həbsdən çıxdı, məhəlləsində öldürdülər - CİNAYƏT İŞİ/ VİDEO

Həbsdən çıxan şəxs öz məhəlləsində qətlə yetirilib.
Publika.az xəbər verir ki, uzun müddət həbsdə olan Rüfət İmanov (ad və soyad şərtidir) azadlığa çıxdıqdan sonra öz evinə gəlir.
Rüfətin ailəsi ondan çoxdan ayrılmış, özü isə övladları ilə bütün münasibətini kəsmişdi.
Azadlıqdə nə edəcəyini düşünən Rüfət bir müddət sonra qərar verir ki, qəsəbədə dolaşıb, tanıdığı birinə rast gəlsin. Küçəyə çıxarkən qəsəbə sakinləri Kənan və dostu ilə qarşılaşır. Onlar bir-birini tanımadıqları üçün salamlaşmırlar. Yad birini qəsəbədə görmək Kənana qəribə təsir bağışlayır.
Rüfət sonra uzun illər dostluq etdiyi Vüsalın mağazasına gəlir. Dostu onu həm işçisi, həm də birlikdə yaşadığı Şəbnəmlə tanış edir.
Onlar daha sonra kafelərdən birində görüşüb, birlikdə vaxt keçirirlər. Şəbnəm Rüfətin davranışlarından narahat olur, Vüsal isə ona bütün bunların zarafat olduğunu deyir.
Kafedən çıxarkən içkili olan Rüfət, Vüsal və Şəbnəm marketin qarşısında Kənanla rastlaşırlar. Kənan onlara qəsəbədə səmimi gəzmələrini irad tutur.
Aralarında yaranan mübahisə zamanı Rüfət belindən çıxardığı bıçaqla Kənan və dostunu qorxutmağa çalışsa da, Kənan üzərindəki bıçaqla Rüfətə ard-arda zərbələr endirir. O, aldığı zərbələrdən hadisə yerində həyatını itirir.
Daha ətraflı Baku TV-nin süjetində:

-
Nida Xəbər 16:39
Müdafiə Nazirliyi TƏCİLİ məlumat yaydı - FOTO
-
Nida Xəbər 15:22
Baş həkimdən Qənirə Paşayeva haqda üzücü açıqlama - VİDEO
-
Nida Xəbər 14:07
“Laçın” buraxılış məntəqəsində gözləyən "yardım" karvanı Ermənistana qayıdır - VİDEO
-
Nida Xəbər 13:54
Silahı yerə qoyan ermənilər Qarabağdan bu yollarla çıxacaq
-
Nida Xəbər 13:46
Fazil Mustafa Qənirə Paşayaevanın komaya düşməsindən danışdı
-
Ekologiya13:09
Bakıya YAĞIŞ, bölgələrə QAR YAĞACAQ
-
Nida Xəbər 12:51
Qənirə Paşayeva komaya bu səbəbdən düşüb
-
Nida Xəbər 10:07
Kəlbəcərdəki məşhur şirkətin ərazisində silah-sursat aşkar edildi - FOTO/ VİDEO