Hadisə
Bakıda toy karvanında sürücülər arasında dava düşdü - VİDEO

Bakıda toy karvanında dava düşüb.
Publika.az Xezerxeber.az-a istinadən xəbər verir ki, iki “Niva” markalı avtomobilin sürücüsü yolda “Prius” markalı avtomobilin sürücüsü ilə mübahisə edib. Avtomobillərdən birinin sürücüsü hərəkətin əksinə dayanaraq digər nəqliyyat vasitələrinin gedişinə maneə yaradıb. Bununla bağlı videokadrlar sosial şəbəkələrdə paylaşılıb.
Hadisə paytaxtın Neftçilər prospektində qeydə alınıb. Hələlik bilinməyən səbəbdən ağ və qara rəngli “Niva” markalı avtomobillər hərəkətdə olan “Toyota Prius” markalı maşını sıxışdırıblar. Daha sonra avtomobillərin sürücüləri arasında mübahisə olub.
Mövzuya münasibət bildirən Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli deyib ki, yayılan görüntülər nəzarətə götürülüb və sürücülərin aşkarlanaraq inzibati qaydada məsuliyyətə cəlb edilmələri istiqamətində axtarış aparılır.
Qeyd edək ki, baş verən bu qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 100 manat və 4 balla nizamlanır.
Daha ətraflı süjetdə:

-
Qoroskop00:15
Günün ULDUZ FALI: hiyləgərin hədəfinə çevrilə bilərsiniz
-
Kriminal00:00
Mənzillərini kirayə verən qadını sirrini açdığı üçün öldürdü - CİNAYƏT İŞİ / VİDEO
-
Region30 Sentyabr 23:12
Ərdoğan qardaşı oğlunun toyunda - FOTO
-
Sosial30 Sentyabr 21:48
Bu gün şəhid olan hərbçimizin FOTOLARI
-
Sosial30 Sentyabr 21:36
Sumqayıtda toy YASA ÇEVRİLDİ - VİDEO
-
Magazin230 Sentyabr 21:24
"Dünyanın ən gözəl müsəlman qadını" o seçildi - VİDEO
-
Qarabağ 30 Sentyabr 20:48
Ağdərədən yeni görüntülər yayıldı - VİDEO
-
Sosial30 Sentyabr 20:30
Qənirə Paşayevanın məzarı - FOTO