İlkin Süleymanova hökm oxuyan hakimdən şikayət edildi
Bizi izləyin

Hadisə

İlkin Süleymanova hökm oxuyan hakimdən şikayət edildi

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə, meyiti isə yandırmaqda ittiham olunaraq, 18 il azadlıqdan məhrum edilən İlkin Süleymanov haqqında çıxarılmış hökm hələ də onun vəkillərinə təqdim olunmayıb.

Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə İlkin Süleymanovun yaxınları bildirib. Qeyd edilib ki vəkillər iyunun 9-da növbəti dəfə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanova müraciət edərək, hökmün surətini istəyiblər. Lakin yenə onlara hökmün sürəti verilməyib.

Qeyd edilib ki, müxtəlif bəhanələrlə hakim Dadaş İmanov hökmün surətini verməkdən imtina edir. Halbuki, qanuna görə, üç gün ərzində hökmün surəti tərəflərə təqdim olunmalıdır.

Vəkillər iyunun 9-da hakim Dadaş İmanovdan imtina cavabı alandan sonra Məhkəmə-Hüquq Şurasına şikayət ediblər. İlkin Süleymanovun atası İbrahim Süleymanov da həm Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova, həm də Ali Məhkəmənin sədri İnam Kərimova teleqram göndərib.

O yazıb ki, Dadaş İmanovun sədrliyilə iki il davam edən məhkəmə prosesi boyunca oğlunun təqsirsiz olduğunu sübut edən çoxsaylı faktlar ortaya qoyulub. "Buna baxmayaraq, Dadaş İmanovun sədrlik etdiyi hakimlər kollegiyası ittiham hökmü çıxardı. Lakin bu hökmü necə əsaslandırdığı onlara məlum deyil. Çünki günlərdir müxtəlif bəhanələrlə hökmü verməkdən imtina edir" - deyə şikayətçi qeyd edib.

Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlkin Sülymanov 18 il müddətinə azadlıqdan mərhum edilib. İlkin Sıüymanov özünü təqsirli bilmir, vəkilləri isə ona bəraət verilməsini istəyirlər.

İttihama görə, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci ilin yanvarın 6-da kənd ərazisində aşkar edilib. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb. İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb. İlkin Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 144.3 (adam oğurluğu), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm