Hadisə
Azərbaycanda inanılmaz hadisə - 2 qadın qıfılı sındırıb mənzili zəbt etdi - VİDEO
Qəbələ rayonunda iki qadın sahibsiz olduğunu düşündükləri mənzilin qapısındakı qıfılı sındıraraq oranı zəbt edib.
Publika.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun M.Abduyev küçəsində baş verib.
Rayonun Zarağan kəndindən olan iki qadın həmin küçədə yerləşən bina 73, mənzil 42-nin qapısının qıfılını sındıraraq mənzilə daxil olublar. Bundan sonra ev sahibi mənzilinin tanımadığı şəxslər tərəfindən zəbt edilməsindən xəbər tutub və polisə müraciət edib.
Qəbələ rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək qadınları evdən çıxarmağa çalışıb. Bu zaman Zemfira adlı qadın qapıda dayanaraq evdən çıxmayacağını bildirib.
Polis tərəfindən saxlanılan 1997-ci il təvəllüdlü Zemfira M. barədə protokol tərtib edilib. 26 yaşlı qadın bildirib ki, girdiyi ev əvvəllər rusların yaşadığı şəhərcikdə yerləşir və oranın sahibsiz olduğunu düşünüb.
O, həmçinin qeyd edib ki, daimi yaşamağa evi yoxdur və buna görə həmin evi ələ keçirmək istəyib.
Tərtib edilmiş protokola Qəbələ Rayon Məhkəməsində hakim Elman İsayev tərəfindən baxılıb. Zemfira M. 200 manat cərimə edilərək sərbəst buraxılıb.
Turqut Seyidov
-
Kriminal23:00
Buzovnadakı dəhşətli qətlin TƏFƏRRÜATI - VİDEO
-
Magazin122:48
“Yalı çapkını”na görə Ülviyyəyə QADAĞA QOYULDU
-
İdman22:36
Azərbaycanın güllə atıcısı dünya çempionu oldu
-
Avropa22:00
Durovun sevgilisi həmin vaxt hamilə imiş, amma... - FOTO
-
Banklar 21:00
Kredit kartları ilə bağlı YENİLİK: verilmə qaydaları sərtləşdirilə bilər - VİDEO
-
Art20:36
Türk ulduzun Bakıdakı monotamaşası anşlaqla qarşılandı - FOTO
-
Magazin120:00
Nicat dayısı Yaşar ilə eyni səhnədə... - VİDEO
-
Nida Xəbər 19:00
Bərxudarovun yerinə keçən Vilayət Quliyev kimdir? - DOSYE