Hadisə
76 yaşlı kişini avtomobil vuraraq öldürdü

Lənkəranda avtomobil 76 yaşlı kişini vuraraq öldürüb.
Publika.az xəbər verir ki, qəza Lənkəran şəhərinin Zərifə Əliyeva küçəsində qeydə alınıb.
Belə ki, nəqliyyat vasitəsi Lənkəran şəhərinin Heydər Əliyev küçəsində qeydiyyatda olan 1947-ci il təvəllüdlü İslahat Allahverdi oğlu Quliyevi vurub. Əraziyə dərhal təcili tibbi yardım briqadası cəlb olunub və ağır xəsarət alan kişi Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
İlkin tibbi yardım göstərildikdən sonra İslahat Quliyev reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Meyit daxili və xarici müayinə olunması üçün məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

-
Sosial02:42
Murad Rzayevə ağır itki
-
Magazin102:12
Hüseyn trenddəki müğənnilərə söz atdı - VİDEO
-
Gözəllik00:45
Şabalıdı manikür trend oldu - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: nəticə sizi sevindirəcək
-
Region28 Noyabr 23:24
Yüksəkvəzifəli azərbaycanlı məmurların 350 min dolları OĞURLANDI
-
Magazin228 Noyabr 22:24
"Camdakı Kız"ın Takosu görün kimlə görüntüləndi - FOTO
-
ABŞ28 Noyabr 22:12
ABŞ-ın UNO PLANI: "Xüsusi hərbi hissələr göndəriləcək"
-
Sosial28 Noyabr 20:50
Arvadından bir ay sonra da özü öldü