Bakıda hoteldə qəribə hadisə - Otağı təhvil vermədi, xadimə...
Bizi izləyin

Hadisə

Bakıda hoteldə qəribə hadisə - Otağı təhvil vermədi, xadimə...

Bakı şəhər Nəsimi rayonu ərazisində yerləşən “Diplomat” hoteldə qəribə hadisə baş verib.

Publika.az-ın əldə etdiyi məlumata görə, hadisə sentyabrın 27-si saat 14 radələrində baş verib.

Ayın 26-da hotelə gəlib nömrə götürən 1989-cu il təvəllüdlü Rafael Məmmədov növbəti gün saat 12:00-da otağı təhvil verməli olsa da, qapını açmayıb. Qonağın otaqdan çıxmamasını görən otel əməkdaşları nömrədəki telefona çoxsaylı zənglər etsələr də, Rafael zənglərə cavab verməyib. Təxminən 2 saat sonra isə xadimə qapını təpikləyərək otağa daxil olub və R.Məmmədova otağı boşaltmasını tələb edib. Bundan sonra 34 yaşlı şəxs xadiməni və qeydiyyatçını təhqir edib, onların ünvanına nalayiq ifadələr səsləndirib.

Hadisə yerinə polis əməkdaşları dəvət edilib və Rafael adlı şəxs saxlanılaraq, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə aparılıb. Burada o, polislərlə mübahisə edib, əlindəki idman çantasındakı əşyaları yerə səpib.

Saxlanılan şəxs barəsində protokol tərtib edilib və rayon məhkəməsinə göndərilib. Elə həmin gün Rafaelə 20 sutka inzibati həbs cəzası verilib.

Turqut Seyidov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm