Hadisə
Azərbaycanda tələbə qızı şantaj edən şəxs həbs edildi
Lənkəran rayon sakini olan tələbə qızı şantaj edərək ondan pul alan Masallı rayon Qızılavar kənd sakini, 1994-cü il təvəllüdlü Elvin Babayev həbs edilib.
Publika.az-ın əldə etdiyi məlumata görə, E.Babayev Instagram sosial şəbəkəsində qadın adı ilə qeydiyyatdan keçib və kolleclərdən birinin tələbəsi olan Sona adlı qızla tanış olub. Lakin o, daha sonra kişi cinsinə mənsub olduğunu bildirib və Sona ilə səmimi münasibətlər qurub.
Sonanın çılpaq fotolarını ona göndərməsindən sonra isə Elvin onu şantaj etmək qərarına gəlib. O, tələbə qızdan hədə-qorxu yolu ilə 100 manat alıb. Növbəti dəfə də Elvin Sonaya hədə-qorxu gələrək pul istəyib. Gənc oğlan ona çılpaq fotolarını göndərmiş qıza “Ya o şəklini at, məni sakitləşdir, yenidən başlayaq, ya da get qəbrini qaz hazır qoy”, “Ya o şəkil, ya səni yox eləyəcəm”, “Səni 1 saat gözləyirəm” və sair kimi mesajlar yazıb.
Bundan sonra Sona Bağırova Lənkəran Rayon polis Şöbəsinə müraciət edib. Faktla bağlı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu yolu ilə təkrar pul tələb etmə) maddəsi ilə iş açılıb. Hadisəni törədən şəxsin yeri müəyyən edilib və o, həbs edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elvinə 5 il 6 ay müddətinə həbs cəzası verilib.
Turqut Seyidov
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO