Bakıda dönərçi qızın 13400 manatını götürüb qaçdı - VİDEO
Bizi izləyin

Hadisə

Bakıda dönərçi qızın 13400 manatını götürüb qaçdı - VİDEO

Bakı şəhər Səbail rayonu Badamdar qəsəbəsində yerləşən “Kəhraba” dönər evində dönərçi işləmiş 1997-ci il təvəllüdlü Hüseyn Seyidov həbs edilib.

Publika.az-ın əldə etdiyi məlumata görə, o, iş yoldaşı olan ofisiant xanımın 13400 manat pulunu aldadaraq ələ keçirdiyinə görə, məsuliyyətə cəlb edilib.

Belə ki, bir müddət əvvəl dönərxanada ofisiant işləyən Nərminə adlı qadın bir neçə ildir kiçik biznes qurmaq üçün topladığı pulu üzərində işlədiyi yerə gətirib. Onun narahat olmasını görən və üstündə xeyli pul olmasını öyrənən Hüseyn pulu iş gününün sonuna kimi etibarlı yerdə saxlaya biləcəyini deyib. Nərminə Hüseynə olan inamına görə pulunu dönərçiyə verib və axşam evə gedəndə götürəcəyini bildirib. Hüseyn də heç bir problemin olmayacağını, etibarlı şəkildə pulu öz otağında saxlayacağını deyib. Bir qədər sonra isə Hüseyn Seyidov pul xırdalamaq adı ilə dönərxananı tərk edib. Onun getməsini görən Nərminə Hüseyndən hara getdiyini soruşanda o, yaxınlıqdakı obyektdən xırda pul götürüb geri qayıdacağını deyib. Lakin saatlar keçsə də, Hüseyn işlədiyi yerə qayıtmayıb. Nərminə onu tapa bilməyib.

Pullarının Hüseyn tərəfindən ələ keçirildiyini görən qadın polisə şikayət edib.

Faktla bağlı Səbail rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda zərər vurmaqla dələduzluq etmə) maddəsi ilə iş açılıb. Polis əməkdaşları Hüseynin yerini müəyyən edərək, onu saxlayıblar. O, pulların hamısını öz məsrəflərinə xərclədiyini deyib.

Səbail Rayon Məhkəməsinin hökmü ilə Göyçay rayon sakini olan Hüseyn Seyidov 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Turqut Seyidov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm