Hadisə
Ad günündə dönər yeməyə gedən məktəblilər dəhşət yaşadı - İkisi öldü
Ötən gecə Hacıqabul rayonunda iki məktəblinin ölümü ilə nəticələnən ağır yol qəzasının təfərrüatı məlum olub.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1985-ci il təvəllüdlü Rafail Şirəliyev idarə etdiyi “Toyota Pirius” markalı minik avtomobillə övladını və kirvəsi olduğu dostunun 2 oğlunu yaşadığı Abdulabad kəndindən yaxınlıqdakı Qarasu kəndinə dönər yeməyə aparırmış. Belə ki, ötən gün R.Şirəliyevin kirvəsi olduğu 2008-ci il təvəllüdlü Məhəmməd Şamo oğlu Abuşovun doğum günü imiş. Bununla əlaqədar o, 2010-cu il təvəllüdlü oğlu Əliyar Şirəliyevi, Məhəmmədi və onun kiçik qardaşı, 2014-cü il təvəllüdlü Pənah Abuşovu avtomobilə əyləşdirərək Bakı-Qazax yolu istiqamətində hərəkət edib.
Saat 21 radələrində avtomobil Abdulabad kəndindən Bakı-Qazax magistralına doğru hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə “Toyota Prius” aşmış halda 40 metr məsafəyədək yolu qət edib.
Sürücünün oğlu Əliyar, eləcə də ad günü olan Məhəmməd hadisə yerində ölüb.
9 yaşlı Pənah sol bud və bazu sümüklərinin sınığı, sürücü isə bütün bədənin əzilməsi diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, qəzaya düşən yeniyetmələr Abdulabad kənd orta məktəbinin şagirdləri olub.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama

















.jpg)


















