Dostum gildə qalacam deyib evdən getdi və yoxa çıxdı
Bizi izləyin

Hadisə

Dostum gildə qalacam deyib evdən getdi və yoxa çıxdı

Krasnoyarskda 15 yaşlı məktəbli qız anasından rəfiqəsi ilə gecələməsi üçün icazə istəyib və sonra yoxa çıxıb.

Publika.az xəbər verir ki, bu barədə "Ngs24.ru" regional portalı məlumat verib.

Rus qadın qızının istəyini yerə salmayıb. Amma səhərisi gün qız zənglərə cavab verməyib, daha sonra məktəbdən anasına zəng edilib və qızının dərsə gəlmədiyi bildirilib. O, qızının rəfiqəsinin evinə gedib. Orda anaya deyiblər ki, sənin qızın bura gəlməyib.

Qorxuya düşən ana polisə müraciət edib. Polis isə bu dəfə ananı məsuliyyətə cəlb edib. Daxili işlər orqanlarına vaxtında müraciət etmədiyinə görə anaya qarşı inzibati protokol tərtib edilib.

15 yaşlı məktəblinin axtarışına əməliyyatçılar, könüllülər cəlb edilib və qızın şəkilləri şəhərin hər tərəfinə paylanıb.

Xatırladaq ki, bu günlərdə Rostov vilayətinin Volqodonsk şəhərində əlilliyi olan 16 yaşlı məktəbli qızın yoxa çıxdığı bildirilirdi. Bundan əvvəl isə 6-cı sinif şagirdi Buryatiyada gəzinti zamanı yoxa çıxmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm