Bəy toy gecəsi gəlini tək qoyub qaçdı: Üç gündən sonra...
Bizi izləyin

Hadisə

Bəy toy gecəsi gəlini tək qoyub qaçdı: Üç gündən sonra...

Hindistanda bəy toy gecəsindən əvvəl gəlini tək qoyaraq başqa şəhərə qaçıb.

Publika.az xəbər verir ki, Hindistan polisi qaçaq bəyi üç gün axtarıb. Toy fevralın 4-də Hindistanın Bihar əyalətində baş tutub. Aditya Şahi kimi tanınan bəy toy kortejində iştirak edib, lakin gəlin ilə evə qayıtmaq vaxtı çatanda qəfil yoxa çıxıb.Yaxınları onu tapa bilməyib və hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Polis Şahinin qaçmazdan əvvəl mobil telefonunu söndürdüyünü bildirib. İki gündən sonra telefonunu yandıran zaman onun yerini müəyyən etmək mümkün olub.

Saxlandıqdan sonra bəy evdən gizlicə çıxdığını, bankomatdan 50 min rupi çıxararaq avtobusa mindiyini və Patna şəhərinə getdiyini etiraf edib. Oradan qatarla Danapur şəhərinə gedib, stansiyada gecələyib, yenidən Patnaya qayıdıb. Bütün bunları nə üçün etdiyini isə deməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm