Türkiyənin yeni səfirindən Azərbaycanla bağlı PAYLAŞIM
Bizi izləyin

Nida Xəbər

Türkiyənin yeni səfirindən Azərbaycanla bağlı PAYLAŞIM

Türkiyə ilə Azərbaycanın “Bir millət, iki dövlət” şüarı ilə əməkdaşlığının, qardaşlığının və ittifaqının hər sahədə inkişafına davam edəcəyik.

Publika.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Birol Akgün “X” səhifəsində yazıb.

O, yeni təyinatı münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Xatırladaq ki, Akgün yanvarın 11-də Azərbaycana yeni səfir təyin olunub. O, fevralda vəzifəsinin icrasına başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm