Sərnişin şüşə butulkanı qıraraq avtobus bələdçisini girov götürdü
Bizi izləyin

Hadisə

Sərnişin şüşə butulkanı qıraraq avtobus bələdçisini girov götürdü

Türkiyədə sərnişin şüşə butulkanı qıraraq avtobus bələdçisini girov götürüb.

Publika.az ölkə mətbuatına istinadən xəbər verir ki, hadisə Şanlıurfadan Samsuna gedən sərnişin avtobusunda baş verib.

Belə ki, Kayseridə avtobusa minən Sercan Cümbüş əlindəki şüşə butulkanı qıraraq sərnişinləri girov götürməyə çalışıb. Bu vaxt avtobusun ön qapısını açan sürücünün xəbərdarlığı ilə sərnişinlər nəqliyyat vasitəsini tərk ediblər. Həmin şəxs yol bələdçisini girov götürməyi bacarıb.

Hadisə yerinə polis qrupları gəlib. Polisin keçirdiyi əməliyyat zamanı saxlanılan Cümbüş dindirildikdən sonra prokurorluğa göndərilib.

Psixoloji problemləri olduğunu iddia edən Cümbüş peşman olduğunu bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm