Avtobus, tanker və pikap: Toqquşma 8 nəfərin canını aldı
Bizi izləyin

Hadisə

Avtobus, tanker və pikap: Toqquşma 8 nəfərin canını aldı

Pakistanda sərnişin avtobusu, neft tankeri və pikapın toqquşması nəticəsində 8 nəfər ölüb, 28 nəfər yaralanıb.

Publika.az xəbər verir ki, hadisə Pakistanın Sind əyalətinin Manchand şəhəri yaxınlığında Hind magistralında baş verib.

Yaralıların xəstəxanada müalicəsi davam etsə də, səlahiyyətlilər can itkisinin artacağından narahatdırlar.

Hadisə şahidləri xilasetmə işlərinin gec başladığını iddia edib. Qəzanın səbəbinin hələlik məlum olmadığını qeyd edən polis hadisə ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm