Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
Bizi izləyin

Hadisə

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU

Tanınmış aparıcı Aytən Səfərovanın düşdüyü qəza zamanı dünyasını dəyişən gəncin fotosu yayılıb.

Publika.az xəbər verir ki, sosial şəbəkədə səhifələrdən birinin yaydığı məlumata görə, qəzada ölən 2005-ci il təvəllüdlü Ayxan Əliyev Qida və Sənaye kollecində oxuyurdu.

Qeyd edək ki, Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai İX-35" markalı avtomobillə Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub.

Nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm