Hadisə
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO

Sosial şəbəkələrdə Bakı şəhər Nərimanov rayonu Fətəli Xan Xoyski küçəsində 2 sürücünün dava etməsi ilə bağlı görüntülər yayılıb.
Publika.az xəbər verir ki, DİN-in Mətbuat xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov “Qafqazinfo”ya bildirib ki, hadisə ilə bağlı araşdırma aparılıb və sürücülərin şəxsiyyəti müəyyən edilib:
“Paytaxtın Nərimanov rayonu ərazisində dünən iki sürücünün yaranan tıxacı nəzərə almadan avtomobillərini yolun hərəkət hissəsində saxlayaraq mübahisə etməsini əks etdirən görüntülər araşdırılıb. Sürücülər polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar. Onların izahatları alınıb və xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Hazırda təhqiqat davam etdirilir”.

-
Səhiyyə21:12
Qan təzyiqini aşağı salmağın ALTI YOLU
-
Art20:30
Azərbaycan mədəniyyətinə ağır itki üz verdi - FOTO
-
Nida Xəbər 20:20
Ordumuzun mövqeləri yenidən atəşə tutuldu
-
Magazin120:00
Tolik verilişinin qonağı olan müğənniyə ELÇİ DÜŞDÜ - VİDEO
-
Sosial19:48
İlqar Hacıyev 17 milyonluq dələduzluqda ittiham olunur - Bu tarixdə prokurorluğa çağırılacaq
-
Magazin119:36
“Restoranlarda yeni dələduzluq növünə keçiblər”
-
Nida Xəbər 18:48
Onlar da Baş Prokurorluğun İstintaq İdarəsinə çağırıldılar - VİDEO
-
Hadisə16:55
Gecə klubunda dəhşətli YANĞIN: ölənlərin sayı artdı - Yeniləndi