Bakıda qəza baş verdi, azyaşlılar xəsarət aldı
Bizi izləyin

Hadisə

Bakıda qəza baş verdi, azyaşlılar xəsarət aldı

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 21:38 radələrində Xətai rayonu, Xudu Məmmədov, Şərur MTK ərazisindən yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə çağırış daxil olub. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib.

Publika.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, qəza nəticəsində 2 nəfər xəsarət alıb.

Təcili tibbi yardım briqadası tərəfindən 16 yaşlı şəxs (cinsi kişi) burun sümüyünün sınığı və sağ biləyin travması, digər 16 yaşlı şəxs isə (cinsi kişi) sağ biləyin sıyrılmış yarası diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospital olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm