Orduya məxsus helikopter qəzaya uğradı: 8 nəfər həlak olub
Bizi izləyin

Hadisə

Orduya məxsus helikopter qəzaya uğradı: 8 nəfər həlak olub

Ekvador ordusuna məxsus vertalyotun Amazon meşələrində qəzaya uğraması nəticəsində 5 əsgər və 3 mülki vətəndaç həyatını itirib.

Publika.az xəbər verir ki, bu barədə Ekvador ordusundan məlumat verilib. Bildirilir ki, qəza ilə bağlı araşdırmalara başlanılıb.

Açıqlamada helikopter qəzasında həyatını itirənlər Ekvador Hökumətinin Risklərin İdarə Edilməsi Katibliyinə (SGR) bağlı bir komanda olduğu bildirilib. Onlar əyalətin Pastaza şəhərində daşqından zərər çəkənlərə kömək etmək üçün missiyada olublar.

Hadisə ilə bağlı Ekvador Prezidenti Daniel Noboa sosial media hesabından verdiyi açıqlamada qəza ilə bağlı dərin kədər hissi keçirdiyini bildirib. Ölkə başçısı ölən şəxslərin ailələrininə başsağlığı verib.

Aysel

Oxumağa davam et
Reklam
Reklam

Gündəm