İrandan İsrailə mesaj: Nüvə doktrinasını dəyişəcəyik
Bizi izləyin

Dünya

İrandan İsrailə mesaj: Nüvə doktrinasını dəyişəcəyik

İran mövcudluğu təhlükə altında olarsa, nüvə doktrinasını dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib. Xamneyinin müşaviri deyib ki, əgər İsrail öz nüvə obyektlərini hədəfə alırsa, İranın başqa seçimi olmayacaq.

Publika.az xəbər verir ki, mümkün hərtərəfli hücumdan əvvəl bütün gözlər Rəfahda olduğu halda, Tehrandan dünyanın gündəmində olan bir açıqlama gəlib.

Ali Rəhbər Ayətullah Əli Xameneinin müşavirlərindən olan Kamal Hərrazi deyib ki, nüvə bombası hazırlamaqla bağlı heç bir qərarları yoxdur:

“Lakin İranın varlığına təhlükə yaranarsa, hərbi doktrinamızı dəyişməkdən başqa çarəmiz qalmayacaq. Nüvə obyektlərimiz hücuma məruz qalsa, çəkindirmə qabiliyyətimiz dəyişəcək”.

Bu açıqlamalar İranın uzun müddətdir iddia etdiyi şeyin dinc nüvə proqramı olduğuna dair suallar doğurub. Məsələ ilə bağlı son sözü deyən Xamenei 2000-ci illərin əvvəllərində fətva və ya dini fərmanla nüvə silahının hazırlanmasını “haram” və ya İslamda qadağan edildiyini əsas gətirərək qadağan etmişdi.

Lakin 2021-ci ildə İranın o vaxtkı kəşfiyyat naziri deyib ki, Qərbin təzyiqləri İslam Respublikasını nüvə silahı əldə etməyə sövq edə bilər. İran buna cavab olaraq İsrailə təxminən 300 raket və pilotsuz uçan aparat atıb.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm