Bayraktar müjdəni verdi
Bizi izləyin

Dünya

Bayraktar müjdəni verdi

Türkiyənin Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar, "BOTAŞ" ilə "ExxonMobil" arasında imzalanan yeni müqavilə ilə ABŞ-dan uzunmüddətli mayeləşdirilmiş təbii qazın alınacağına dair müjdə verib.

Publika.az xəbər verir ki, Bayraktar nüvə sahəsində kiçik modul reaktorlar üzərində ortaq işlərlə bağlı ABŞ ilə müzakirələr apardıqlarını bildirib.

Nazir Bayraktar deyib: “Bizim keçmişdə Nigeriya ilə və hazırda Əlcəzairlə 20 ildən artıqdır ki, mayeləşdirilmiş təbii qazla bağlı uzunmüddətli müqavilələrimiz var. İndi biz Amerikanı bura daxil edirik. Ümid edirəm ki, bu, Türkiyənin bugünkü qaz ehtiyacının 8 faizini ödəyəcək qədər böyük bir razılaşmadır”.

Nazir Bayraktar böyük nüvə reaktorları ilə bağlı araşdırmaların sürətlə davam etdiyini və sənayedə enerjinin çevrilməsini təmin edən kiçik modul reaktorlar mövzusunda ABŞ ilə əməkdaşlıq imkanının olduğunu bildirib.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm