4 polis axtarışa getdikləri evdə öldürüldü, 4-ü yaralıdır
Bizi izləyin

Hadisə

4 polis axtarışa getdikləri evdə öldürüldü, 4-ü yaralıdır

ABŞ-ın Şimali Karolina ştatında məhkəmə qərarı ilə evdə axtarış aparmağa gələn polis əməkdaşlarına silahlı hücum edilib.

Publika.az xəbər verir ki, insident nəticəsində polislərdən 4-ü həyatını itirib, 4-ü isə yaralanıb.

Polis Conni Cenninqs hadisə ilə bağlı açıqlamasında bildirib ki, polislər işlərini icra edərkən qətlə yetiriliblər:

“Şübhəli onları tüfəng ilə vurub. O da hadisə zamanı güllələnib. Bu, tarixin dəhşətli hadisələrindən biridir. Ona görə də istintaq uzun və detallı davam edəcək”.

Polis Co Baydenin hadisə ilə bağlı məlumatlandırıldığını və onun prosesləri yaxından izlədiyini qeyd edib.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm