Azərbaycanda 70 yaşlı qadına elektron qolbaq taxıldı - Bu əməlinə görə
Bizi izləyin

Hadisə

Azərbaycanda 70 yaşlı qadına elektron qolbaq taxıldı - Bu əməlinə görə

Abşeron rayonu ərazisində tanışını aldadaraq 8 min manat alan 70 yaşlı qadına cinayət işi açılıb.

Publika.az xəbər verir ki, əvvəllər Bakıda bir sıra xəstəxanalarda həkim kimi çalışmış, hazırda isə gözəllik salonuna sahib olan 1954-cü il təvəllüdlü Sücaət Əliyeva Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq) maddəsi ilə məsuliyyətə cəlb edilib.

Belə ki, 70 yaşlı qadın tanışına söz verib ki, onun həyat yoldaşını Bakıdakı məktəbə müəllim düzəldəcək. O, Sumqayıt Dövlət Universitetinin məzunu olan qızın sənədlərini alıb və 8 min manat pul müqabilində işi həll edəcəyini vəd edib. Lakin xeyli vaxt keçsə də, vəd yerinə yetirilməyib. Bunu görən G.Qəribovanın ailəsi polisə müraciət edib və cinayət işi açılıb.

Məlum olub ki, “Sevda” adı ilə tanınan Sücaət pulları öz işlərinə xərcləyib.

Cinayət işinin materialları Abşeron rayon Məhkəməsinə göndərilib. Məhkəmənin ötən həftə çıxardığı hökmlə o, 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 70 yaşlı qadının ayağına elektron qolbaq taxılıb. Ona yaşayış yerini dəyişməsi, gecələr ictimai yerlərdə olması və sair qadağan edilib.

Turqut Seyidov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm