Bakıda yolun ortasında gənc qızdan qəribə hərəkətlər - VİDEO
Bizi izləyin

Hadisə

Bakıda yolun ortasında gənc qızdan qəribə hərəkətlər - VİDEO

Bakıda prospektlərin birindən qeydə alınan görüntü sosial şəbəkələrdə yayılıb.

Publika.az xəbər verir ki, gənc qızın gərgin halları diqqət çəkib. Ailə birgə nəzərdə tutulmayan yerdən yolu keçdiyi ehtimal edilən xanım sürücünün onlara yol verməməsinə görə özündən çıxıb.

Avtomobilin sürücüsü və xanım sərnişini təkidlə düşürüblər. Onun avtomobili vuraraq hədələməsi birmənalı qarşılanmayıb. Bu azmış kimi gənc qız polisə də yığıb.

Sosial şəbəkə istifadəçiləri ailənin sürücü ilə rəftarını qınayıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı bildirib ki, yolun hərəkət hissəsində mübahisə edərək digər hərəkət iştirakçılarına maneə yaradan şəxslər ərazi üzrə polis orqanına dəvət olunaraq izahatları alınıb.

Tərəflər izahatlarında şikayətlərinin olmadığını bildiriblər.

Onlarla profilaktiki söhbət aparılaraq belə hərəkətlərin digər sürücülərə ciddi təhlükə yarada biləcəyi barədə izah verilib. Həmin şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.

Sözügedən görüntüləri təqdim edirik:(milli.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm