Məktəbdə "Sürətli hambuger yemək" yarışı şagird ölümü ilə bitdi - FOTO
Bizi izləyin

Hadisə

Məktəbdə "Sürətli hambuger yemək" yarışı şagird ölümü ilə bitdi - FOTO

Türkiyədə məktəblərdən birində əyləncənin sonu faciə ilə bitib.

Publika.az xəbər verir ki, Düzcedə Işık orta məktəbində oxuyan 8 yaşlı Eftelya K. sinif yoldaşları ilə birlikdə yeməkxanadan hamburer alıb.

Daha sonra onlar öz aralarında "Sürətli hambuger yemək" yarışı keçiriblər.

Bu zaman yemək Eftelya K-nin nəfəs borusuna qaçıb. Müəllimlər və şagirdlər ona ilkin müdaxilə edərək həyatını xilas etməyə çalışıblar.

Daha sonra təcili tibbi yardım çağırılıb. 8 yaşlı şagird Atatürk Dövlət Xəstəxanasına yerləşdirilib.

Həkimlərin bütün səylərinə baxmayaraq o vəfat edib. Övladının ölüm xəbərini alan valideynlər xəstəxananın qarşısında infarkt keçiriblər.

Hadisə ilə bağlı cinayət işi açılıb. İstintaq aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm