Keçmiş universitet müəllimi çılpaq formada ölü tapıldı - VİDEO/TƏFƏRRÜAT
Bizi izləyin

Hadisə

Keçmiş universitet müəllimi çılpaq formada ölü tapıldı - VİDEO/TƏFƏRRÜAT

Sumqayıtda 83 yaşlı qadının meyiti tapılıb.

Publika.az xəbər verir ki, hadisə şəhərin 3-cü mikrorayonunda qeydə alınıb. 1941-ci il təvəllüdlü Abdullayeva Pərizat Qədir qızından 3 gün ərzində xəbər ala bilməyən qonşular hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Qonşular bildirirlər ki, uzun müddət Azərbaycan Dövlət Neft və Sənaye Universitetində dərs deyən qadının övladı olsa da, o, tək yaşayıb.

Polislər evə daxil olan zaman görüblər ki, qadın çiməndən sonra çılpaq formada yerə uzanıb və ağzından qan gəlib.

Məlumat üçün bildirək ki, onun üzərində zorakılıq əlamətləri olmayıb.

Daha ətraflı "Baku" TV-nin süjetində:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm