Qapısı açıq idarə olunan avtobusdan sərnişin yıxıldı
Bizi izləyin

Hadisə

Qapısı açıq idarə olunan avtobusdan sərnişin yıxıldı

Abşeronda kişi avtobusdan yıxılıb.

Publika.az xəbər verir ki, bu barədə “Sumqayıt24.az” məlumat paylaşıb.

Məlumata görə, hadisə bu gün səhər Novxanı qəsəbəsi istiqamətində baş verib.

Şahidlərin sözlərinə görə, 585 nömrəli marşrutun sürücüsü avtobusu qapıları açıq vəziyyətdə sürüb.

Bildirilib ki, salonda sıxlıq olduğu üçün sərnişinlərdən biri müvazinətini itirərək yola yıxılıb.

Sərnişin başından zədə alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm