Hacıqabulda selə görə 81 nəfər təxliyə olundu
Bizi izləyin

Hadisə

Hacıqabulda selə görə 81 nəfər təxliyə olundu

Hacıqabulda 8-i uşaq olmaqla 81 sakin FHN tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib:

"İntensiv yağan yağışlar nəticəsində Pirsaat çayının Hacıqabul rayonunun Qubalıbaloğlan kəndindən keçən hissəsində sel gəlməsi səbəbindən subasmaya məruz qalmış ərazilərdə gün ərzində köməksiz vəziyyətdə qalmış 8-i uşaq olmaqla ümumilikdə 81 nəfər vətəndaş Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm