Oğuzda faciə: 11 yaşlı qız yelləncəyin ipinə dolanaraq boğuldu
Bizi izləyin

Hadisə

Oğuzda faciə: 11 yaşlı qız yelləncəyin ipinə dolanaraq boğuldu

Oğuz rayonunda 11 yaşlı qız yelləncəyin ipinə dolanaraq boğulub.

Publika.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün rayonun Yemişənli kəndində baş verib.

Belə ki, kənd sakini, 2013-cü il təvəllüdlü Füruzə Nəbi qızı Qəribova yaşadığı evin həyətində yelləncəkdə yellənərkən onun ipi boğazına dolanıb və 11 yaşlı qız ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm