Dörd qolu, dörd ayağı və iki üzü olan körpə dünyaya gəldi - 5 saatdan sonra...
Bizi izləyin

Hadisə

Dörd qolu, dörd ayağı və iki üzü olan körpə dünyaya gəldi - 5 saatdan sonra...

Hindistanda dörd qolu, dörd ayağı və iki üzü olan uşaq dünyaya gəlib.

Publika.az xəbər verir ki, Hindistanın kənd xəstəxanasında doğulan qeyri-adi körpə cəmi beş saat yaşaya bilib.

Uşağın anası 38 yaşlı Rama Devi doğum sancısı keçirdiyi üçün təcili yerli tibb müəssisəsinə aparılıb. Doğuşun asan və fəsadsız keçdiyi qeyd edilib.

Qeyri-adi uşağın doğulması xəstəxanada ajiotaj yaradıb.

Həkimlərin sözlərinə görə, yeni doğulan körpədəki xəstəlik o qədər nadirdir ki, hətta tibbdə onun təyinatı belə yoxdur.

Bildirilib ki, doğuşdan beş saat sonra körpənin ürəyi dayanıb. Uşağın ölümünə nəyin səbəb olması hələlik məlum deyil.

“Daily Mail” nəşrinin yazdığına görə, uşağın qeyri-adi görünüşü xəstəxana əməkdaşlarını o qədər şoka salıb ki, körpə doğulduqdan sonra həkimlər qorxusundan onu otaqdan çıxarıb və bu, xəstəxanada səs-küyə səbəb olub.

Qadının hamiləliyi və doğuşu müasir tibb imkanları olmayan kənddə baş verib. Hindistanlı qadın prenatal diaqnostikadan keçməyib və dölün inkişafının xüsusiyyətləri haqqında xəbərsiz olub.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm