Hadisə
Ana və övladının ölümü ilə bağlı yeni təfərrüat: Baldızıgilə qonaq gəlibmiş
Şirvanda ana və övladının ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Publika.az “Report”a istinadən xəbər verir ki, Sabirabad rayonundan olan 1991-ci il təvəllüdlü Kərimova Aygün Yunis qızı və onun azyaşlı qızı Şirvana baldızıgilin evinə qonaq gəlib.
Hadisə baş verən zaman baldızı və ailəsi evdə olub.
Həmçinin bildirilir ki, Aygün Kərimovanın həyat yoldaşı hərbçidir və hazırda Bərdə rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmət edir.
Hadisə nəticəsində həyatını itirən azyaşlı qızın isə iflic xəstəsi olduğu deyilir. Ailə azyaşlın müalicəsi ilə əlaqədar Şirvan şəhərinə tez-tez gedib-gəlirmiş.
Hazırda faktla bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılır.
***
Şirvanda ana və övladının meyiti aşkarlanıb.
Publika.az xəbər verir ki, hadisə Şirvan şəhərində qeydə alınıb.
İlkin məlumata görə, hələlik şəxsiyyəti məlum olmayan ana və övladının cansız bədəni yaşayış binasının qarşısında aşkarlanıb.
Onların evin balkonundan yıxıldığı ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.
-
Region12:40
Xamenei adamını gizli şəkildə Moskvaya göndərdi - İran çıxılmaz vəziyyətdə
-
Hadisə12:13
Bakıda vəzifəli şəxsin oğlu özünü 17-ci mərtəbədən atdı - FOTO
-
Sosial11:08
Müdafiə Nazirliyi xəbərdarlıq etdi: təşvişə düşməyin
-
MDB10:22
Putinin "qeyri-qanuni qızı" aranı qarışdırdı: Uşaqları meşəyə aparın və...
-
İqtisadi gündəm10:10
Təsdiqləndi: Bu şəxslərin də maaşları artırıldı
-
ABŞ09:40
Bütün dünya Trampın tariflərinə hazırlaşır: görün hansı təhdidlər olacaq
-
İKT09:00
Məşhur bloqer "TikTok"u almaq istəyir
-
Səhiyyə08:48
Nazirlikdə “Volqa” yeyintisi - FOTO