Magazin1
Müğənninin xanımı onu biabır etdi: “Belə səviyyəsizləri harada görsəniz...” - FOTO
“Belə səviyyəsizləri harada görsəniz, blok edin”.
Publika.az xəbər verir ki, bu sözləri tanınmış müğənni Samir Piriyevin bloger xanımı Anara Fətəliyə aiddir. O, instaqram hesabında bu haqda bir paylaşım edib. Hekayə bölməsində “ellanish_velar” adlı istifadəçinin postunu paylaşan bloger aşağıdakı sözləri qeyd edib:
“Harada belə ağıllı danışan səviyyəsizləri görsəniz blok və şikayət edin. Belələri əsl virusdur. İnsanlara neqativ vermək və panikaya salmaqdan zövq alan məxluqlardır. İnanmayın, qorxmayın və immunitetinizi bərkidin. Bu qədər sadə! Yenidən aldanmayın, tələyə düşməyin və ən əsası qorxmayın!”
Qeyd edək ki, sözügedən hesabdakı paylaşımda qorxuların immunitetə təsirindən bəhs edilir və müalicə yolları təqdim olunur. Deyilir ki, güclü immun sisteminə sahib olmaq və daxili qorxuları aradan qaldırmaq vacibdir. Bu qorxular insanın enerjisini zəiflədir və nəticədə immunitet sistemi daha həssas olur. Profil sahibi xüsusi olaraq 2020-ci ildə pandemiya zamanı istifadə etdiyi "neyromeditasiya" metodlarını təklif edir. Bu metodlar beynin neyron əlaqələrini dəyişərək, adi meditasiya texnikalarından 10 dəfə daha effektiv olduğu iddia edilir.(Yenisabah.az)

-
Hadisə11:20Ölkəyə fotoaparat və telefonda qızıl külçələr keçirməyə çalışdılar - FOTO
-
İdman10:53Messini Hindistanda on minlərlə insan belə qarşıladı - VİDEO
-
Ekologiya10:40Qaxa qar yağdı
-
MDB10:11Rusiya ərazisi vuruldu, ölənlər var
-
Sosial08:15Yas mərasimlərində yeni TREND - "Bu, dinin qaydalarından kənara çıxmaqdır"
-
İdman07:15Nəriman Axundzadə kimin nəvəsidir? - Qiyməti və maaşı...
-
Magazin205:15Hande Erçelin yeni sevgilisi - Özündən 13 yaş böyükdür
-
ABŞ03:44Dünyanın ən nüfuzlu insanlarının əsl üzünü göstərən 95 min yeni şəkil... - Epşteyn işi


































