Prokurorluq əməkdaşı faciəvi şəkildə öldü: toydan sərxoş çıxıbmış... - FOTO/YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Prokurorluq əməkdaşı faciəvi şəkildə öldü: toydan sərxoş çıxıbmış... - FOTO/YENİLƏNDİ

Beyləqan rayonunda ağır yol qəzasında həlak olan Nazim Rzayev barədə Publika.az yeni məlumat əldə edib.

Məlumata görə, o, hadisədən öncə toy məclisində iştirak edib. Toydan sonra sərxoş vəziyyətdə avtomobili idarə edən N.Rzayev Beyləqan-Daşburun yolunda idarəetməni itirib. Nəticədə avtomobil aşıb və N.Rzayev aldığı xəsarətlərdən vəfat edib.

Qeyd edək ki, mərhum ailəli olub. Onun 2 yaşlı qızı var.

***

Beyləqan rayonunda ağır yol qəzası olub.

Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Beyləqan-Daşburun yolunda baş verib.

Belə ki, 1999-cu il təvəllüdlü Nazim Habil oğlu Rzayevin idarə etdiyi “KİA Optima” markalı avtomobil aşıb.

Sürücü aldığı xəsarətlərdən vəfat edib.

Məlumata görə, qəzada vəfat edən Nazim Rzayev Şəmkir rayon sakinidir. O, Beyləqan rayon prokurorunun köməkçisi vəzifəsində çalışırmış.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm