İlk dərs günü şagird sinif yoldaşını bıçaqladı
Bizi izləyin

Hadisə

İlk dərs günü şagird sinif yoldaşını bıçaqladı

Goranboy rayonunda məktəbdə bıçaqlanma hadisəsi olub.

Publika.az "Report"a istinadla xəbər verir ki, hadisə Səfikürd kənd tam orta məktəbində qeydə alınıb.

Məktəblilər arasında olan mübahisə bıçaqlanma ilə nəticələnib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional qrupundan bildirilib ki, Goranboy Rayon Polis Şöbəsinə 2007-ci il təvəllüdlü A.Həsənəliyevin ayaq nahiyəsinin kəsici-deşici alətlə daxilə keçməyən xəsarət alması barədə məlumat daxil olub.

Araşdırmalar zamanı hadisəni 2007-ci il təvəllüdlü R.Musayevin törətməsi məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm