Şəmkirdə vəzifəli şəxslərə hücum edənlərə bu cəza verildi
Bizi izləyin

Hadisə

Şəmkirdə vəzifəli şəxslərə hücum edənlərə bu cəza verildi

Şəmkir rayonunda vəzifəli şəxslərə qarşı xuliqanlıq əməli törətmiş 2 nəfərin məhkəməsi başa çatıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, rayon sakini Ömər Hüseynov və Həbib Həbibov (soyadlar şərtidir) Cinayət Məcəlləsinin 221.3-cü (silah və ya silah qismində əşya tətbiq etməklə xuliqanlıq əməli) maddəsi ilə təqsirli biliniblər.

Şəmkir Rayon Məhkəməsində keçirilən prosesdə bildirilib ki, hadisə rayonda yerləşən və “Fərmayıl Körpüsü” adlanan ərazidə baş verib. Həbiblə Anarın olduğu “Niva” markalı avtomobil yüksək sürətlə hərəkət edərək qəza şəraiti yaradıb. Bu zaman Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergi İdarəsinin Vergi ödəyicilərinin uçotu və Dövlət qeydiyyatı şöbəsinin baş hüquqşünası və həmin İdarənin Vergi öhdəliklərinin icrasına nəzarət şöbəsinin rəisi onlara siqnal veriblər.

“Mercedes GL 500” markalı avtomobillə hərəkətdə olan vəzifəli şəxslər “Niva”nın qaydalara əməl etməsini bildiriblər. Bundan əsəbiləşən Ömər və Həbib sərxoş halda onlara hücum edərək xəsarətlər yetiriblər. Həmçinin kafeyə daxil olaraq davanı orada dava etdiriblər, stol-stulları, qab-qacaqları dağıdaraq kafenin işini pozublar.

Hadisə ilə bağlı cinayət işi açıldıqdan sonra hər iki şəxs saxlanılıb.

Şəmkir rayon Məhkəməsinin ötən həftə çıxardığı hökmlə hər iki şəxs 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin onların cəzası 1 il sınaq müddəti təyin edilməklə şərti hesab edilib.

Turqut Seyidov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm