Hadisə
Tanınmış iş adamı həbs edildi - 1 milyonluq dələduzluq
Uzun müddətdir axtarışda olan tanınmış iş adamı Müqayis Verdiyev həbs olunub.
Publika.az Avtosfer.az-a istinadən xəbər verir ki, Xətai rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində onun gizləndiyi yer müəyyən olunub.
Müqayis Verdiyev təqsirləndirilən şəxs qismində saxlanılıb. Onun barəsində toplanmış materiallar aidiyyəti üzrə Xətai rayon məhkəməsinə təqdim olunub.
Hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə iş adamına Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb. O, məhkəmənin qərarı ilə 1 ay 24 gün müddətində istintaq hərəkətlərinin davam etdirilməsi üçün həbs olunaraq Bakı İstintaq Təcridxanasına göndərilib.
Qeyd edək ki, Müqayis Verdiyev əvvəllər də məhkum olunub.
-
Magazin101:11
Emin Ağalarovu belə görməmisiniz - FOTO
-
Nida Xəbər 00:30
Erməni ordusunun şərti sərhəddəki postu - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: ailədə fikir ayrılığı yarana bilər
-
Sosial17 Sentyabr 23:36
Son bir ildə ət niyə kəskin bahalaşıb? - VİDEO
-
Elm və təhsil17 Sentyabr 23:24
Bakıda qalmaqallı məktəbə direktor təyin edildi
-
Magazin117 Sentyabr 20:40
Aygün Kazımova büstqalter və mini şortda poza verdi - VİDEO
-
Sosial17 Sentyabr 20:15
Azərbaycanda su BAHALAŞACAQ? - RƏSMİ CAVAB
-
Nida Xəbər 17 Sentyabr 20:05
Prezidentin görüşündə o incə detal - FOTO